Ermənilərin yolu bağlaması fayda vermədi - VİDEO


Tavuşda keçirilən aksiyalara dəstək məqsədilə bağlanan İrəvan-Sevan avtomobil yolu bir neçə saatdan sonra açılıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Novosti Armeniya" məlumat yayıb.

Qeyd olunur ki, aksiya iştirakçılarından bəziləri məşəl yürüşündə iştirak etmək üçün İrəvana getdiklərinin bildiriblər.

“Nikol Paşinyan kimdir? Mən Ermənistanın baş nazirini tanımıram. Əgər türklərlə yaşamaq yaxşıdırsa, qoy (Ermənistan hakimiyyəti - red.) Əliyevdən xahiş etsin ki, onlara bir kənd ayırsın, bu 100 nəfər də gedib türklərlə yaşasın, biz onlarla yaşamaq istəmirik”, - deyə magistral yolu bağlayan vətəndaşlardan biri bildirib.

Digər etiraz aksiyası iştirakçısı isə Paşinyan hakimiyyətinin "hər şeyi satdığını" bildirib:

"Onların ən yaxşı bacardığı yeganə şey budur. Heç kim müharibədən qorxmur. Daha nə qədər başıaşağı yaşamalıyıq?"

/bakupost.az/


MANŞET XƏBƏRLƏRİ