“ABŞ-ın Azərbaycan rəsmilərinə qarşı sanksiyası qəbuledilməzdir” – Politoloqdan AÇIQLAMA


Verilən xəbərə görə, ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.

Bu siyahıda müdafiə nazirinin müavini, Quru Qoşunlarının Komandanı Hikmət Mirzəyev və dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyev olmaqla 40 Azərbaycan rəsmisinin adı var. Prezident İlham Əliyevin Rusiyada səfərdə olduğu vaxtda ABŞ-ın belə bir sanskiyaya əl atmasının səbəbi nədir?

Mövzu haqqında politoloq Cümşüd Nuriyev Turkustan.az-ın suallarını cavablandırıb.

Cümşüd Nuriyev: "İstərdim ki, ermənilər Azərbaycana hücum etsin..."

Politoloq bildirib ki, “əgər biz hər hansı bir addım atsaydıq, ABŞ o addımı atardı. Çünki ikinci Qarabağ müharibəsindən sonra ABŞ-ın Cənubi Qafqazdakı planları alt-üst oldu.

Yadınızdadırsa, cənab Prezident, Milli Məclisdə and içərkən belə bir söz işlətmişdir ki, Qarabağ müharibəsində qalib gəlib bəzi təməl daşlarının yerini dəyişmişik və bunun bədəli olacaq. Peşəkar siyasətçilər qabaqcadan plan qururlar və sonra hərəkət edirlər. Cənab Prezident qorxmadı və bu qərarı verdi. Amma mən bunu ABŞ-a yaraşdırmadım. ABŞ-ın sözlərindən belə çıxır ki, Azərbaycan öz torpaqlarını işğal altında saxlamalıdır və onlar bunu deyəndə biz bu addımları atmalıyıq. Yəni Hikmət Mirzəyevin, Əli Nağıyevin adının niyə çəkildiyini bilirsinizmi? Bunlar Azərbaycanda ən məşhur generallardır. Ona görə də hər iki halda onlar öz işlərini yüksək səviyyədə, peşəkarlıqla görürlər və ABŞ onları cəzalandırmaq istəyir. Mən açıq etiraf edirəm ki, onların arasında, bəziləri haqqında mənim fikrim birmənalıdır. Amma bundan sonra biz kimliyindən asılı olmayaraq bütün bu insanların hüquqlarını qoruyacağıq. Və şəxsən özüm müdafiə edəcəm. Eyni zamanda sizin vasitəniz ilə bütün Azərbaycan ziyalılarına müraciət edirəm. İndi qeyrət vaxtıdır. Bunu gündəmə gətirməliyik”.

Politoloq əlavə olaraq bildirib ki, “Azərbaycan dövləti üçün atılan addımların cəzasını çəkmək istəyən insanların hüquqlarını qorumalıyıq. Ona görə də mən təkcə müraciət etmirəm, bəyan edirəm ki, Azərbaycan dövlət məmurlarına qarşı atılan addımlar Azərbaycan dövlətinin maraqlarına ziddir. Azərbaycan dövlətçiliyini müdafiə etdiklərinə görə onları cəzalandırmaq istəyirlər. Təbii ki, burada erməni lobbisi böyük rol oynayır. Çox təəssüf ki, ABŞ kimi böyük dövlət ermənilərin əlində qalır. Ona görə də biz bu gündən, Konqresin o qərarə qəbul edib, etməyəcəyindən aslı olmayaraq, Azərbaycan Prezidentinin Rusiyada olanda və digər hadisələrin fonunda atacağı addımı biz qəbul etmirik və çox ciddi etiraz edirik. Böyük və hegemon dövlət erməni lobbisinin əlində heçə çevrilib. Artıq nə Azərbaycanda, nə Türk dövlətlərində, nə də İslam hərəkatına daxil olan ölkələr sizə hörmət etməyəcək. Bu gündən Azərbaycan məmurlarına qarşı tətbiq olunacaq sanksiyalara görə bütün hallarda biz bu məmurların tərəfindəyik.

Biz ABŞ-ın Azərbaycana qarşı bu sanksiyasını pisləyir və onlara ayıb olsun deyirik”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ