Ermənistan qoşunları bu istiqamətdən geri çəkildi - Ordumuz irəliləyəcək


Qazaxın işğal altında qalan kəndlərindən dördünün Azərbaycana qaytarılması bu istiqamətdə yerləşən Ermənistan ordusunun da geri çəkilməsi ilə nəticələnəcək.

Turkustan.az
xəbər verir ki, hazırda sərhədin bu hissəsində geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.

Yaxın müddətdə bu prosesin tamamlanacağı gözlənilir. Ermənistan mediasının məlumatına görə, kəndlərin qaytarılması ilə bu istiqamətdə yerləşən “müdafiə xətti” də ləğv edilir və erməni ordusu geri çəkilir. Əskiparada yaşayan ermənilər qoşunların artıq ərazidən çıxarıldığını deyirlər. Bu istiqamətdə yerləşən erməni qoşunlar Ermənistan ordusunun 3-cü korpusunun bölmələridir. Delimitasiya başa çatdıqdan sonra sərhədin qorunması Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçiriləcək. (publika.az)


MANŞET XƏBƏRLƏRİ