Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?


Ermənistan mediası Bakıda həbsdə olan separatçıların keçmiş rəhbəri Araik Arutyunyanın martın 28-də AzTv-də yayımlanması nəzərdə tutulan müsahibəsinin efirə getməməsi ilə bağlı sensasiyalı iddia irəli sürüb.

Turkustan.az
xəbər verir ki, ermənilərin “fakt” nəşri Arutyunyanın sirlərin açılacağı müsahibəsindən Bakının İrəvana qarşı istifadə etdiyini iddia edir.

“Arutyunyanın müsahibəsi gündəmə gələndə onun bir çox sirri açacağı və Azərbaycanın bundan Ermənistana qarşı istifadə edəcəyi gözlənilirdi. Lakin anonsu rezonans doğuran müsahibə yayımlanmadı. Əvəzində həmin müsahibənin anonsundan iki gün sonra Paşinyan mətbuat konfransı keçirərək, kəndlərin Azərbaycana verilməsini gündəmə gətirdi.

Altı gün sonra Tavuşa səfər etdi. İkinci səfərində tamam başqa şeylərdən bəhs etsə də, bir gün sonra kəndlərin qaytarılması ilə bağlı razılaşma ortaya çıxdı. İstisna deyil ki, Araik Arutyunyan müsahibəsində Ermənistan üçün xoşagəlməyən faktlar açıqlayıb və rəsmi Bakı bundan İrəvana qarşı istifadə edib. Paşinyanın sürətlə geri çəkilməsi, kəndləri qaytarması bu kontekstdə təsadüfi deyil”, - nəşr yazır. (publika.az)


MANŞET XƏBƏRLƏRİ