Qarabağı tərk edən rus sülhməramlıları Gorusa doğru HƏRƏKƏT ETDİ


Rusiya sülhməramlılarının hərbi kolonu Gorusa doğru hərəkət edir.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, bir müddət əvvəl Dağlıq Qarabağı tərk edən Rusiya sülhməramlılarının maşın karvanı Laçın dəhlizindən keçərək Gorusa doğru hərəkət edir.

Rusiyanın “Ural” və “KAMAZ” markalı yük maşınlarını erməni hərbi polis maşını müşayiət edir.

Sülhməramlıların Gorusdan hara gedəcəyi bəlli deyil.

Xatırladaq ki, aprelin 17-də Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ