Azərbaycan özünü niyə kartofla təmin edə bilmir?


İrandan Azərbaycan bazarına gətirilən kartofun digər xarici ölkələrlə müqayisədə bazar payı artıb.

Kartof bazarındakı qiymətlərdə isə kəskin artım gözlənilmir.

Qeyd edək ki Azərbaycanda kənd təsərrüfatının ən gəlirli sahələrindən sayılan kartofçuluğa maraq həmişə yüksək olub. Hazırda kartof Azərbaycanın əksər rayonlarında, o cümlədən Gəncə-Qazax, Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz və digər ərazilərdə əkilir.

Bildirilir ki, ölkəmizdə bu sahədə ixtisaslaşan bölgələr, irili-xırdalı təsərrüfatlar daxili bazarda məhsul bolluğuna mühüm töhfələr verməklə yanaşı, bir çox hallarda Azərbaycan kartofunun şöhrətini xarici ölkələrdə tanıda biliblər. Təsadüfi deyil ki, son illər ölkəmizdən ixrac olunan meyvə-tərəvəz məhsullarının sırasında kartofun da öz payı var.

Bəs Azərbaycan özünü niyə kartofla təmin edə bilmir?

Mövzu ilə bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycan özünü kartofla təmin edə bilər:

“Lakin mövsümi amillərlə bağlı olaraq bu mühüm ərzaq məhslunun idxalında dəyişiklilklər baş verir. Belə ki, noyabr-dekabr aylarında baş verən kartofla təminatında azalma adətən, aprel may aylarınadək davam edir. Bu səbəbdən də daxili bazarda kartofla bağlı müəyyən qıtlıq müşahidə olur. Nəticədə kartofun ölkəyə idxalındə müəyyən qədər artım baş verir. Bildirim ki, Rusiya və digər ölkələrə yazda kartof ixrac edirik. Payız fəslində isə bir hissəsini Rusiyadan, İrandan və Belarusiyadan idxal edirik.

Ekspert vurğulayıb ki, daxili bazarı kartofla təmin etmək üçün müəyyən üsullardan istifadə edilməlidir:

“Belə ki, kartof ixracına müəyyən qədər kvota sistemi tətbiq edilə bilər. O zaman kartofun daxili bazarda payı və qiymətlərdə isə ucuzlaşması baş verər. Bu üsullar yalnız kartofa deyil, digər məhsulların ixracına da tətbiq edilərsə, o zaman daxili bazarda meyvə və tərəvəzlərin qiymətində müəyyən qədər ucuzlaşma müşahidə olunar”.

Ekspert qeyd edib ki, kartof istehsalı dövlət tərəfindən dəstəklənməlidir:

“Hər il qış aylarından başlayaraq yaza qədər daxili bazarda kartof tükətmiş olur. Bu səbəbdən də ölkə daxilində növbəti mövsümə qədər kartofun ixracına müəyyən kvota qoyulmalıdır ki, daxili bazarda kartofu saxlamaq mümkün olsun”. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ