Tramp: "Putin bunu mənim xatirim üçün edərdi"


Donald Tramp tez-tez təriflədiyi Rusiya lideri Putinin Rusiyada saxlanılan amerikalı jurnalist Evan Qerşkoviçi “özü üçün” azad edəcəyini iddia edib.

Turkustan.az xəbər verir ki, ABŞ-da yenidən prezident olmağa iddialı olan Donald Tramp Rusiyada həbsdə olan amerikalı jurnalist Evan Qerşkoviçi azad etmək üçün Rusiya lideri Vladimir Putinlə yaxın münasibətindən istifadə edəcəyini bildirib.

“Truth Social” sosial media platformasında paylaşdığı mesajda Tramp noyabrın 5-də ABŞ prezidenti Co Baydeni məğlub edəcəyini və daha sonra “Wall Street Journal”ın müxbiri Gerşkoviçi azad etmək üçün Putinlə əlaqə saxlayacağını bildirib.

Tramp, "Rusiya prezidenti Vladimir Putin bunu başqası üçün olmasa da, mənim xatirim üçün edəcək. Biz heç nə ödəməyəcəyik" deyib.

Mövzu ilə bağlı sualı Kremlin sözçüsü Dmitri Peskov belə cavablandırıb: “Hazırda Putinin Trampla görüşü yoxdur”.

Amerikalı jurnalist Gerşkoviç ötən ilin martında Rusiyada casusluq ittihamı ilə həbs edilib. Putin Gerşkoviçin məhbus mübadiləsi razılaşmasına əsasən azad oluna biləcəyini demişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ