Putinlə Bəhreyn kralı arasında danışıqlar başlayıb


Rusiya prezidenti Vladimir Putin və Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə danışıqlara başlayıb. Görüş Böyük Kreml Sarayının Yaşıl qonaq otağında dar bir dairədə keçirilir.

Turkustan.az xəbər verir ki, Kremlin mətbuat xidməti daha əvvəl məlumat vermişdi ki, danışıqlar zamanı ölkələr arasında enerji, ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivlərinin müzakirəsi planlaşdırılır.

Bundan əlavə, söhbət zamanı beynəlxalq gündəmdəki aktual məsələlər, o cümlədən Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

Daha sonra danışıqlar rəsmi səhər yeməyi formatında geniş tərkibdə davam etdiriləcək.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ