Yeni doğulmuş körpələr “Facebook”-da satılır


Filippin hökuməti bir daha "Facebook"-u yeni doğulmuş körpələri övladlığa götürmək üçün satdığı bildirilən saytları silməyə çağırıb.

Turkustan.az xəbər verir ki, "GMA News"-a görə, Filippinin Sosial Rifah Departamentinin katibi Rex Gatçalian çərşənbə axşamı sosial media nəhəngini bu mövzuda passivliyinə görə tənqid edib. Mətbuat konfransı zamanı o, Uşaq Baxımı üzrə 2023-cü ilə aid hesabatlarına baxmayaraq, "Facebook"-un redaktə edilməmiş məzmuna, o cümlədən insan alveri pozuntularına görə məsuliyyətsizliyini vurğulayıb. Eyni zamanda, "Facebook"-un keçən il NACC-nin məktubuna cavab vermədiyini bildirib. Gatçalian qeyd edib ki, platformanın tənzimləmə funksiyasının olmaması "Facebook"-un analara uşaqlarını bu platformada "satmağa" icazə verməsi deməkdir. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ