Mayk Tayson rinqə qayıdır


Ağır çəkili boks üzrə keçmiş dünya çempionu Mayk Tayson və YouTuber boksçusu Ceyk Pol iyulun 20-də ABŞ-ın Texas ştatındakı AT&T Stadionunda üz-üzə gələcəkləri açıqlanıb.

Turkustan.az xəbər verir ki, 57 yaşlı Taysonla 27 yaşlı Pol arasında baş tutacaq qarşılaşmanın şou xarakterli yox, peşəkar görüş olacağı bildirilirdi. Hər biri iki dəqiqə olmaqla 8 raund olaraq planlaşdırılan qarşılaşma rəqəmsal platformada canlı yayımlanacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ