Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ilə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələri barədə İran prezidentinə məlumat verib, Ermənistanla Azərbaycan arasında əldə olunan sülhün bölgə üçün yaratdığı imkanları vurğulayıb.
O, habelə regional kommunikasiyaların ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsiplərinə, eləcə də qarşılıqlılıq əsasında fəaliyyət göstərəcəyini bildirib.
Paşinyan Vaşinqton razılaşmalarına obyektiv yanaşmasına görə Pezeşkiana təşəkkür edib və İran prezidentinin Ermənistana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib. (“Ermənistanda yaşayan iranlılar” Teleqram kanalı)