Azərbaycanda avrokuboklara vəsiqə qazanan bütün komandalar məlum oldu


Azərbaycan Premyer Liqasında gümüş, bürünc mükafatçılar və avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşib.

Turkustan.az xəbər verir ki, sonuncu - 36 turda keçirilən matçlardan sonra bütün suallara aydınlıq gəlib.

Avrokuboklar uğrunda mübarizə aparan komandaların duellərində bütün matçlar eyni hesabla (1:0) başa çatıb.

"Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i məğlub edib. "Sabah" səfərdə "Neftçi"dən üstün olub.

Xallarının sayını 58-ə çatdıran "Zirə" həm gümüş mükafatçı olub, həm də UEFA Avropa Liqasına vəsiqə qazanıb. Eyni xala malik "Sabah" üçüncü yeri tutmaqla yanaşı UEFA Konfrans Liqasında iştirak hüququ əldə edib.

Çempionatı 4-cü pillədə başa vuran "Sumqayıt" isə Konfrans Liqasında mübarizə aparacaq. "Neftçi" ilk beşliyi tamamlamaqla avrokuboklardan kənarda qalıb.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasında çıxış edəcək.

Qeyd edək ki, Premyer Liqada mövsümə sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və “Araz-Naxçıvan” - “Qarabağ” oyunları ilə yekun vurulacaq. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ