Əmək pensiyaları ilə bağlı yeni xəbər!


Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılır.

Turkustan.az xəbər verir ki, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, əmək pensiyalarının ödənilməsi xərcləri 0,4% artılaraq 6 milyard 500 milyon manatdan 6 milyard 525 milyon manata çatdırılır.

Paralel olaraq Fondun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri də 30 milyon manat və yaxud 0,4% artırılaraq 6 milyard 919,9 milyon manatdan 6 milyard 949,9 milyon manata çatdırılır. (axar.az)


MANŞET XƏBƏRLƏRİ