Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular


Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşın. O qeyd edib ki, "demək olar ki, bütün insanlar" ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar.

Turkustan.az xəbər verir ki, o, müşahidələrini "TikTok" hesabında paylaşıb.

“Qorxulacaq heç bir şey” kitabının müəllifi MakFadden deyir ki, “rahatlıq” deyilən görüntülər adətən ölümdən təxminən bir ay əvvəl baş verir. O, həyatlarının son mərhələsində xəstələrlə işləmək təcrübələrini ətraflı şəkildə izah edərək, onların bir çoxunun dünyasını dəyişən yaxınlarını görməyə başladığını qeyd edib.

"Bu hal qeyri-adi deyil. Bu təcrübəni yaşayan insanların çoxu tam şüurlu olaraq qalır və halüsinasiyalardan əziyyət çəkmir", tibb bacısı izah edib. Onun sözlərinə görə, bu görüntülərdə ölmək üzrə olan insan öz qohumlarını, yaxın dostlarını və hətta son anlarında onlara təsəlli vermək və dəstək olmaq üçün gələn ev heyvanlarını da əhatə edir.

MakFadden həmçinin qeyd edib ki, halüsinasiyalar və ya xəyalların nəticəsi olmayan bu görüntülər ölənlərə rahatlıq gətirir. Onun sözlərinə görə, belə görüntülər zamanı insanlar tam şüurlu olurlar. (lent.az)


MANŞET XƏBƏRLƏRİ