Biz niyə daxili dövlət borcundan danışmırıq? - Deputat


“Biz niyə daxili dövlət borcundan danışmırıq? Əvvəl daxili borclanma 4 milyard manat idi. İndi 15 milyarda yaxınlaşıb”.

Turkustan.az xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Daxili dövlət borcunun bu qədər yüksək olması problemlərə gətirib çıxaracaq. Əgər qeyri-neft sektorunun inkişafından danışırıqsa gəlin idxalı azaldaq. Niyə idxalı azalda bilmirik? İdxalla birgə ölkəyə inflyasiya və s. gəlir. İdxalın strukturu ilə ciddi məşğul olmalıyıq”, - deyə o bildirib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ