“O ərazinin Azərbaycanın olduğunu bilirdilər, lakin…” – Qalumyan


“Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun Kirants kəndində artıq 9 sərhəd dirəyi quraşdırılıb”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülkü müqavilə” fraksiyasının deputatı Vahe Qalumyan açıqlayıb.

Erməni deputat Kirantsda demarkasiya işlərinin başa çatmaq üzrə olduğunu bildirib:

“Artıq sərhəd sütunlarının yerdə qalan hissəsinin quraşdırılmasına da başlanılıb. 9 sütun yerləşdirilib, cəmi 3-4 dayaq qalıb. Gec və ya tez Azərbaycanla Ermənistan sərhədlərin demarkasiyasına başlamalı idi. Sərhədin haradan keçəcəyi bütün Tavuş sakinlərinə izah edilib. Hər hansı problem yanarsa, həll ediləcək. Həmin ərazidə yanacaqdoldurma məntəqəsi, avtoyuma yeri, köşk var. Onları tikənlər bilirdilər ki, ərazi Azərbaycanındır. Bu səbəblə həmin obyektlərin mülkiyyət şəhadətnamələri yoxdur. Bu məsələyə İrəvanda baxılır.

Ümumiyyətlə biz deyirik ki, sərhəddə əli silahlı şəxslər deyil, sərhədçilər olsun. Məsələn, Kirantsla Xeyrimli kəndini sadəcə bir yol ayırır. Amma yaxın olsa da, Xeyrimli Ermənistanın rəsmi sərhədləri daxilində deyil”. (globalinfo.az)


MANŞET XƏBƏRLƏRİ