Növbəti görüşlər Bakı və İrəvanda keçirilə bilərmi? – ŞƏRH


Sülh Bakı ilə İrəvan arasındadır, Paris, Brüssel və ya digər yerlərə bağlı deyil. İki ölkə Azərbaycanla Ermənistan bir araya gəlib sülh müqaviləsini imzalamalıdır.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.

Hikmət Hacıyev bu açıqlama ilə hansı ölkələrə mesaj vermək istəyir?

Bu mövzu haqqında politoloq Elxan Şahinoğlu Turkustan.az-ın sualını cavablandırıb.
AbzasMedia - Ermənistanda maraqlı siyasi oyun gedir- Elxan Şahinoğlu

Politoloq bildirib ki, “Dövlət başçısı İlham Əliyev parlamentdə andiçmə mərasimində çıxış edərkən açıq şəkildə bildirdi ki, Azərbaycanın heç bir vasitəçilərə ehtiyacı yoxdur. Getsinlər öz işləri ilə məşğul olsunlar.

Yəni Azərbaycan tərəfi, rəsmi Bakı Ermənistanla birbaşa danışıqlara üstünlük verir. Bu ən optimal yoldur. Danışıqlar bu cür nəticə verə bilər. Düzdür, Bakı Brüssel və Berlinin təkliflərinə müsbət yanaşır. Münhendə, Berlində görüşlər oldu, amma nəticə olmadı. Birbaşa danışıqlar isə intensiv ola bilər.

Məsələn, bu gün Antalyada Diplomatik Forum keçirilir və onun çərçivəsində Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri, Türkiyə tərəfdən Ermənistanla danışıqlara cavabdeh olan Akif Çağatay Kılıç Erməni həmkarına təklif edib ki, görüş İrəvanda keçirilsin.

Prinsipcə, biz də belə bir təklif irəli sürə bilərik. Uzaq ölkələrdə və başqa paytaxtlarda görüşlər keçirməkdənsə, görüş növbə ilə Bakıda və İrəvanda keçirilməlidir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ