Süni intellekt minlərlə insanı aldatdı: Olmayan paradda iştirak etdilər


Süni intellekt saxta Halloween paradını elan edərək dublinliləri aldatdı. Çoxsaylı xəbərlər və sosial media saytları Search Engine Optimization (SEO) vasitəsilə saxta xəbərlər yayıblar. Mövcud olmayan tədbir üçün minlərlə insan Dublin şəhərinin mərkəzində toplaşıb.

İrlandiyalılar cümə axşamı axşam saatlarında Hellouin paradı ərəfəsində Dublin küçələrini doldurublar.

Turkustan.az xəbər verir ki, Euronews-un məlumatına görə, paradı My Spirit Halloween elan edib və minlərlə Dublinli, Galway incəsənət cəmiyyəti Macnas tərəfindən təşkil edildiyi iddia edilən tədbir üçün Parnell meydanından Temple Bara gedən marşrutda toplaşıb.

Lakin Halloween pərəstişkarları gəldikdən sonra məlum oldu ki, vebsayt bütün paradı təşkil edib.

My Spirit Halloween süni intellekt tərəfindən hazırlanmış xəbərləri ehtiva edən Pakistanda yerləşən vebsaytdır. Veb sayt qondarma paradı yayımlayanda, Axtarış Motorunun Optimizasiyası (SEO) vasitəsilə çoxsaylı xəbərlərə və sosial media saytlarına daxil olaraq saxta xəbərlər yayıb.

Mövcud olmayan hadisədən zövq almaq üçün bir çox insan geyinib və İrlandiyanın polis qüvvəsi Qarda toplantını dağıtmaq məcburiyyətində qalıb.

Qardanın rəsmi sosial media hesabında edilən paylaşımda deyilir: "İnternetdə yayılan məlumatların əksinə olaraq, Dublin Şəhər Mərkəzində bu axşam və ya bu gecə Hellouin paradı olmayacaq".

Bu hadisə dezinformasiyanın nə qədər güclü ola biləcəyinin narahatedici göstəricisi kimi qəbul edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ