Sisi Qahirədə Blinkenlə görüşdü


Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında davam edən hücumların dayandırılması üçün atəşkəs səylərini müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, Misir Rəyasət Heyətindən verilən açıqlamaya görə, Qahirəyə gələn Blinken Sisi tərəfindən qəbul edilib.

Görüşdə Sisi ölkəsinin bölgədə gərginliyi genişləndirmək səylərinə qarşı olduğunu və bütün tərəflərin məsuliyyətli davranması lazım olduğunu bildirərək, Misirin son “kiber hücuma” qarşı Livanı dəstəklədiyini və Livanın ərazi bütövlüyünə verdiyi önəmi vurğulayıb.

Qəzzada atəşkəs üçün səylər, iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlərin müzakirə edildiyi görüşdə Misirin xarici işlər naziri Bədr Əbdüləti və Kəşfiyyat rəhbəri Abbas Kamil də iştirak edib.

İki günlük səfər üçün Qahirəyə gələn Blinken misirli həmkarı Abdulati ilə ABŞ-Misir Strateji Dialoq Görüşünün açılışında iştirak edəcək.

Blinkenin İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bəri onuncu dəfə bölgəyə gəldiyi və ilk dəfə İsrailə getməyəcəyi bildirilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ