Aİ məhkəməsi Google-a tətbiq edilən 1,5 milyard avroluq cəriməni ləğv etdi


Avropa İttifaqının (Aİ) Baş Məhkəməsi AdSense reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə Avropa Komissiyasının Google texnologiya şirkətinə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.

Turkustan.az xəbər verir ki, mərkəzi ofisi Lüksemburqda olan və AB-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Baş Məhkəmə, Google-un Alphabet çətiri altında AB Komissiyasının tətbiq etdiyi cəriməyə qarşı açdığı iddiada qərarını açıqlayıb.

Məhkəmə, AB Komissiyasının 5 il əvvəl Google-a AdSense internet reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.

Qərarda "Ümumi Məhkəmə Komissiyanın Google AdSense ilə bağlı qərarını ləğv etdi."

Məhkəmə, Komissiyanın Google-u təxminən 1,5 milyard avro cərimələdiyi qərarda müqavilə bəndlərinin müddətinin qiymətləndirilməsində səhvlərə yol verildiyinə qərar verdi.

2019-cu ildə Aİ Komissiyası Google-u internet reklam xidməti olan AdSense-də bazar üstünlüyündən sui-istifadə etdiyinə görə 1,49 milyard avro cərimələyib.

Google AdSense veb sayt sahibləri və reklam verənlər arasında vasitəçi rolunu oynayır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ