Moskvanın İran planı: Putin tam fərqli mübarizəyə başlayır


Rusiya İranın proksilərindən Qərblə qarşıdurma üçün istifadə etməyə və qərarların qəbulu prosesinə təsir etməyə çalışır.

Turkustan.az xəbər verir ki, bunu Amerika Müharibələrin Tədqiqatı İnstitutu yayıb.

“Kreml Yəməndəki husilərə raketlər və digər hərbi avadanlıqlar verməyi planlaşdırırdı, amma diplomatik təzyiqlərdən sonra bu fikrindən əl çəkdi. Rusiyanın planına əsasən, İranla hərbi tərəfdaşlıq artmalıdır. Moskva böyük ehtimalla İranın marionetkalarından Qərblə qarşıdurma üçün istifadə etməyə və onlarla bağlı Qərbdə qərarların qəbul prosesinə təsir etməyə çalışır.

Ümumilikdə Rusiya Prezidenti Vladimir Putinin husilərin dəstəklənməsi imkanlarını yenidən nəzərdən keçirməyə hazırlığı Rusiya-İran hərbi əməkdaşlığının dərinləşməsinin tərkib hissəsidir”, – institutun məlumatında yer alıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ