Bu ölkə süni intellektə 255 milyard avro yatıracaq


Çin hökuməti növbəti beş il ərzində məlumatların emalı mərkəzlərinin tikintisinə təxminən 2 trilyon yuan və ya 255 milyard avro sərmayə yatırmağı planlaşdırır.

Turkustan.az “Bloomberg”ə istinadən xəbər verir ki, Pekin bu investisiyalar vasitəsilə ölkənin süni intellekt sektorunu genişləndirməyə və bu texnologiya sahəsində ABŞ-ni qabaqlamağa çalışır.

“China Mobile” və “China Telecom Corp” kimi dövlət şirkətləri məlumatların emalı mərkəzlərinin böyük hissəsini idarə edəcək və onların şəbəkəyə qoşulmasını təmin edəcəklər.

Texnologiya sektorunda, o cümlədən süni intellekt üçün çiplərin istehsalı sahəsində “Huawei” kimi yerli şirkətlərə üstünlük veriləcək. Nəticədə “Nvidia” və “Advanced Micro Devices” kimi ABŞ istehsalçılarının mövqeləri zəifləyə bilər. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ