Avropa Komissiyası bu gün Rusiya Federasiyasına qarşı enerji, maliyyə, kriptovalyuta ticarəti və ilk dəfə olaraq balıqçılıq sektorunu da əhatə edən yeni — 21-ci sanksiya paketini təklif edib.
Turkustan.az xəbər verir ki, paket Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen tərəfindən təqdim olunub.
Fon der Leyen bildirib ki, Avropa hər gün Rusiyanın Ukrayna şəhərlərinə mülki əhalini hədəf alan yeni hücumları və Avropa hava məkanının pozulması ilə bağlı xəbərlərlə üzləşir. Onun sözlərinə görə, son həftələrdə Baltik dənizi üzərində və Avropa İttifaqının şərq sərhədləri boyunca bir neçə insident qeydə alınıb. O, həmçinin Rumıniyada yaşayış binasına dron düşməsi və Konstansa limanı yaxınlığında baş verən partlayışı xatırladıb.
Komissiya rəhbəri bu hadisələri Rusiyanın Ukraynanı tabe etmək cəhdlərinin uğursuzluğa düçar olduğunun göstəricisi kimi qiymətləndirib.
Aytən Yaşar/ Turkustan.az