Şəhid pilotun ürəkdağlayan hekayəsi: 4 ay sonra...


Azərbaycanın Gəncə hava limanından havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Türkiyəyə qayıdarkən Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayıb.

Turkustan.az xəbər verir ki, qəza nəticəsində şəhid olan təyyarə pilotu, mayor Serdar Uslunun şəhidlik xəbəri Bursanın Yenigün məhəlləsində yaşayan ailəsinə çatdırılıb.

Xəbəri şəhidin ailəsinə İnegöl rayon valisi Eren Arslan, Qarnizon komandiri polkovnik İbrahim Feyzi Büğdüz və Yenişehir bələdiyyə başçısı Ercan Özəl birlikdə veriblər. Hadisə yerində hərbçilər, qohumlar və məhəllə sakinləri də iştirak ediblər.

Məlum olub ki, şəhid pilotun həyat yoldaşı Göknur Uslu hamilədir və Serdar Uslu dörd ay sonra ata olacaqdı.

Uslunun ailəsinin yaşadığı binanın üçüncü mərtəbəsində Türkiyə bayrağı asılıb, həmçinin tibbi yardım qrupları da evin qarşısında hazır vəziyyətdə olublar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ