Faylların əksəriyyətinin şifrəsi açıldı: İmamoğlunu bu qədər həbs cəzası gözləyir


Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya istintaqında ittihamnamə tamamlanıb.

Turkustan.az "Milliyet"ə istinadən xəbər verir ki, 3900 səhifəlik ittihamnamədə "korrupsiya təşkilatının qurucusu və lideri" olduğu iddia edilən Əkrəm İmamoğluna 143 cinayətə görə 828 ildən 2430 ilə qədər həbs cəzası tələb olunur.

İttihamnamənin giriş hissəsində təşkilata aid faylların böyük əksəriyyətinin şifrəsi açılıb. Fayllarda cinayətkar təşkilatın 6 lideri qeyd olunub. Bu adlar arasında Fatih Keleş, Murat Ongun, Ergün Yıldız, Murat Gülibrahimoğlu, Adem Soytekin və Hüseyn Gün var. İmamoğlu təşkilat lideri olduğu üçün başqalarının cinayətlərinə görə də məsuliyyət daşıyır.

Qeyd olunub ki, ittihamnamədə hüquqi proses başlanan bəzi şübhəlilərlə bağlı istintaq hələ də davam edir./publika.az


MANŞET XƏBƏRLƏRİ