Türkiyə Xarici İşlər Nazirliyi Pakistanda törədilən terror aktını qətiyyətlə pisləyib.
Turkustan.az xəbər verir ki, bəyanatda "Bu dəhşətli hücumda həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralananlara isə tezliklə şəfa diləyirik" deyilir.
" Pakistandakı terror hücumu ilə bağlı" başlıqlı bəyanatda aşağıdakı ifadələr yer alıb :
“Biz bu gün (11 noyabr) Pakistanın paytaxtı İslamabadda baş vermiş terror aktını qətiyyətlə pisləyirik.
Bu dəhşətli hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik.
Türkiyə terrorla mübarizədə Pakistanla həmrəyliyini davam etdirəcək”.
Aytən Yaşar/ Turkustan.az