Böyük Britaniyanın Baş naziri Kir Starmerin komandası səhiyyə naziri Ues Stritinqin hökumət başçısını vəzifədən kənarlaşdırmaq məqsədilə çevriliş hazırladığını iddia edib.
Turkustan.az xəbər verir ki, bununla bağlı “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
“Son bir həftə ərzində Baş nazirin komandası Stritinqin fəal şəkildə çevriliş hazırladığına dair yeni məlumat əldə edib”, - xəbərdə deyilir.
Kir Starmerin tərəfdarları hesab edirlər ki, onu vəzifədən kənarlaşdırmaq cəhdi hökumətin maliyyə sabitliyini sarsıda bilər.
Qeyd edək ki, Starmer 2024-cü ildən Baş nazir vəzifəsini icra edir. /bakivaxti.az/