Putinin Qərbi qorxuya salan mesajları: ABŞ belə siyahıdadır


“Yeni “Poseydon” sualtı maşını düşmənin sahil strukturlarını məhv etmək üçün okeanı keçə bilən inqilabi rus silahıdır”.

Turkustan.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin məqaləsində qeyd olunub.

“Poseydon”un gücü onun nüvə reaktoru ilə işləmək qabiliyyətindədir. Qurğu potensial olaraq dəniz bazaları və limanları da daxil olmaqla mühüm sahil infrastrukturunu məhv edə bilər. Bu silah gizli sualtı hərəkət üçün nəzərdə tutulub. “Poseydon” və “Burevestnik” qanadlı raketindən ibarət kompleks oyun qaydalarını dəyişdirməyə qadirdir”, – deyə nəşr yazıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin nüvə enerjisi ilə işləyən pilotsuz sualtı “Poseidon” aparatı, o cümlədən “Burevestnik” qanadlı raketinin sınaqlarının başladığını elan etmişdi. Qərb mediası isə bu xəbərləri “təşviş doğuran addım” kimi qiymətləndirmişdi./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ