Pokrovskda uğurlu əks-hücum əməliyyatları nəticəsində Ukrayna hərbçiləri şəhərin bir neçə məhəlləsində taktiki mövqelərini yaxşılaşdırmağa nail olublar.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 7-ci Operativ Reaksiya Korpusunun məlumatında bildirilib.
“Pokrovskda hücum qruplarının sayını artırırıq, şəxsi heyətin hərəkətini diversifikasiya olunmuş üsullarla həyata keçiririk. Eyni zamanda, Ukrayna hərbçiləri düşmənin logistikasının bloklanması və sonradan dayandırılması üzərində işləyirlər. Düşməni atəş nəzarəti altında saxlayırıq”, - məlumatda vurğulanıb.
Həmçinin qeyd olunub ki, son bir həftə ərzində şəhərdə 85 rus məhv edilib, ümumilikdə isə oktyabr ayında 7-ci korpusun məsuliyyət zolağında Ukrayna döyüşçüləri 1320 rusiyalını zərərsizləşdirib, 646 rus əsgər isə “döyüş qabiliyyətini itirib”.
Qeyd edək ki, Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna qoşunları əks-hücum əməliyyatı keçirib. Daha sonra isə Rusiya Müdafiə Nazirliyi helikopterlə Pokrovska enən 11 ukraynalı xüsusi təyinatlının hamısının öldürüldüyü xəbərini yayıb./axar.az