Rusiya hərbi təyyarəsi Venesuelaya eniş edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
Məlumata görə, Vagner ilə əlaqəli olan Rusiyanın “İl-76” hərbi nəqliyyat təyyarəsi Venesuelaya eniş edib.
Təyyarənin gəlişi Venesuela prezidenti Nikolas Maduronun Rusiya, Çin və İrana hərbi dəstəyin artırılması üçün müraciət etməsindən qısa müddət sonra baş verib.
Təyyarənin operatoru Rusiya hərbi strukturları ilə əməkdaşlıq etdiyinə görə ABŞ, Kanada və Ukrayna tərəfindən sanksiyaya məruz qalan “Aviacon Zitotrans” şirkətidir. Əvvəllər bu şirkətin təyyarələri dəfələrlə Vagner PMC ilə əlaqəli bölmələrin fəaliyyət göstərdiyi bölgələrə avadanlıq tədarükü həyata keçirib. /Globalinfo.az/
