CHP-nin keçmiş sədri vəfat etdi - FOTO


Keçmiş Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, veteran jurnalist Altan Öymen, çoxlu orqan çatışmazlığı səbəbindən müalicə aldığı xəstəxanada 93 yaşında dünyasını dəyişib.

Turkustan.az xəbər verir ki, bir müddət intubasiya olunan Öymenin son vəziyyəti, həkimlər tərəfindən izlənilib.

Altan Öymen təxminən 6 həftə əvvəl ağciyər xərçəngi səbəbindən əməliyyat olunub və əməliyyatın uğurlu keçməsinin ardından evə buraxılıb. Lakin 15 gün əvvəl, viral pnevmoniya (ağciyər infeksiyası) diaqnozu ilə yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti pisləşdiyi üçün Öymen reanimasiyaya alınmış və üç gün ərzində intubasiya edilib.

Xəstəxanadan verilən açıqlamada belə deyilir:

"Cənab Mehmet Altan Öymen 6 həftə əvvəl xəstəxanamızda ağciyər xərçəngi diaqnozu ilə müvəffəqiyyətli bir əməliyyat keçirdi və 1 həftə sonra sağlam şəkildə evə buraxıldı. Lakin təxminən 15 gün əvvəl viral pnevmoniya səbəbindən yenidən xəstəxanaya qəbul olundu. Ağciyər infeksiyasının sürətlə irəliləməsi nəticəsində yaranan tənəffüs çatışmazlığına görə, 3 gün reanimasiya şöbəmizdə nəzarətdə saxlanıldı. Lakin çoxlu orqan çatışmazlığı səbəbindən bu gün, saat 14:38-də dünyasını dəyişdi. Ailəsinə və bütün sevənlərinə başsağlığı veririk".

CHP-nin keçmiş sədri Altan Öymen 93 yaşında dünyasını dəyişib

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ