Almaniyada atəşfəşanlıq nəticəsində 19 nəfər yaralanıb


Düsseldorfda keçirilən yarmarkada atəşfəşanlıq zamanı baş verən hadisədə, aralarında bir uşaq da olmaqla, 19 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Welt" nəşri məlumat yayıb.

Polis sözçüsünün verdiyi məlumata görə, yaralılardan dördü ağır vəziyyətdədir və onlar xəstəxanaya çatdırılıb. Hadisə cümə günü baş verib, atəşfəşanlıqdan biri naməlum səbəbdən çox aşağı hündürlükdə partlayıb. Görüntülərdən belə bir ehtimal irəli sürülür ki, partlayışa səbəb olan konteynerin aşması olmuş ola bilər. Polis bu versiyanı araşdırır.

Hadisənin ardından, yarmarkanın təşkilatçıları, hadisənin baş verdiyi Reynkirmes festivalını dərhal sona çatdırıblar. Yarmarka, bir həftə əvvəl başlayıb və səhərə qədər davam etməli idi. Təşkilatçılar, araşdırma nəticələrinə əsasən, gələn il festivalın Reyn çayı sahilində atəşfəşanlıq ənənəsinin davam edib-etməməsi ilə bağlı qərar verəcəklər.

Festivalın təşkilatçıları, həmçinin, “Almaniyanın ən böyük pilotsuz təyyarə şousu”nu təşkil edərək böyük maraq yaratmışdılar. Təxminən 1000 pilotsuz təyyarə 20 dəqiqə ərzində kiçik işıqlandırılmış fənərlər ilə axşam səmasında böyük heykəllər yaradaraq musiqi sədaları altında təsir edici bir görüntü nümayiş etdirmişdi. Dron şousundan sonra isə atəşfəşanlıq baş vermişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ