İsrail druzlara yalan vədlər verərək addım-addım bölgəni işğal etməyə hazırlaşır.
Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Suriyadan olan tədqiqatçı Amar əl-İsavi deyib.
“Bu işğala son qoyulmasa, İsrail Hatay, Hasəkə və Rakka sərhədində Türkiyəyə “qonşu” olacaq. Druzistan və İsrail Kürdüstanı qurmaqla.. Bunun qarşısı alınmalıdır. Biz burada türk təyyarələrini görmək istəyirik”, - tədqiqatçı əlavə edib.
Qeyd edək ki, İsraillə Suriya arasında atəşkəslə bağlı razılaşmanın əldə olunması ilə bağlı məlumat yayılıb. /axar.az/