ABŞ-ın Türkiyədəki səfiri Tom Barak verdiyi açıqlamada, İsrail və Suriyanın Türkiyə, İordaniya və qonşularının dəstəyi ilə atəşkəs barədə razılığa gəldiyini bildirib.
Turkustan.az xəbər verir ki, Reuters-in məlumatına görə, İsrail çərşənbə günü Dəməşqə hava zərbələri endirib, ölkənin cənubunda hökumət qüvvələrini vurub və onların geri çəkilməsini tələb edərək, İsrailin məqsədinin suriyalı druzları qorumaq olduğunu bildirib. Druzlar Livan və İsraildə də ardıcılları olan kiçik, lakin nüfuzlu azlıqdır.
“Biz druzi, bədəvi və sünniləri silahlarını yerə qoymağa və digər azlıqlarla birlikdə yeni və vahid Suriya kimliyi qurmağa çağırırıq”, - deyə Barak öz internet səhifəsində yazıb.
Aytən Yaşar/ Turkustan.az