"Qarabağ" dünya klub reytinqində 17 pillə irəlilədi


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Turkustan.az xəbər verir ki, klublarımızdan ilk 100-lüyə düşən yalnız "Qarabağ"dır. Aktivində 192.25 xal olan Ağdam təmsilçisi 17 pillə irəliləyərək 82-ci pillədən 65-ci yerə qalxıb.

"Sabah" (83.5) 296-cı yerdən 276-ya, "Zirə" (66.75) 407-dən 387-yə, "Araz-Naxçıvan" (66.5) 391-dən 390-a yüksəlib.

Qeyd edək ki, siyahıya 567 xalla PSJ (Fransa) liderlik edir. Madrid "Real"ı 511 xalla 2-ci, "Çelsi" (İngiltərə) 484 xalla 3-cüdür. /axar.az/


MANŞET XƏBƏRLƏRİ