66 milyon il öncə Yerdə həyata son qoyan olay - Yenidən təkrarlandı


Günəş sisteminin ən böyük peyki 66 milyon il əvvəl Yerə çırpıldıqdan sonra dinozavrların həyatına son qoyan asteroiddən 20 dəfə böyük asteroidlə toqquşub.

Turkustan.az xəbər verir ki, dağıdıcı zərbə 4 milyard il əvvəl baş verib.

Hadisə Yupiterin 100-ə yaxın məlum peykindən biri olan Qanimedin hazırkı oxu ətrafında fırlanmasına səbəb olub. Asteroid nəhəng göy cismi ilə birbaşa toqquşub.

Zərbə eni 1000 mil (1609.3 km) qədər olan krater yaradıb.

Yaponiyanın Kobe Universitetinin planetoloqu Naoyuki Hirata Qanimedin səthini örtən fərqli halqaların nəhəng asteroidlə toqquşma nəticəsində yaranan çoxsaylı konsentrik halqaların qalıqları olduğunu düşünür. Amma toqquşmanın nə qədər güclü və Yupiterin peyki üzərində hansı təsirin olduğu bəlli deyil.

Hirata krater sisteminin mərkəzinin birbaşa Yupiterə doğru olduğunu söyləyir. Bu, Qanimedə çırpılan asteroidin zərbə zonasına əlavə ağırlıq verməsi nəticəsində peykin sabitliyini pozması və onun öz oxu ətrafında fırlanmasına səbəb olması halında baş verə bilər. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ