Bakıda qadın hərəkətdə olan avtomobilin üzərinə uzandı - DİN-dən AÇIQLAMA + VİDEO


Paytaxtın "Azadlıq" metrosu yaxınlığında bir qadının hərəkətdə olan avtomobilin üzərinə uzandığı anlar lentə alınıb.

Bununla bağlı görüntülər Bakupost.az-a göndərilib.

Kadrlarda qadının avtomobilin ön şüşəsi istiqamətində uzandığı və qəribə əl hərəkətləri etdiyi görünür. Ətrafdakı sürücülərdən birinin “Burada niyə uzanıb” sualına cavab olaraq, kənardakılar “dəlidir” deyə reaksiya veriblər.

Hadisənin səbəbi və qadının kimliyi məlum deyil.

***

Əldə etdiyimiz məlumata görə, görüntülərlə bağlı polis tərəfindən araşdırma aparılır.

***

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub:

"Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür".


MANŞET XƏBƏRLƏRİ