Bəzi həkimlər iddia edirlər ki, balı isti çayla, qaynar su ilə qəbul etdikdə orqanizmdə fəsad yaradır. Bildirilir ki, isti çayla bal qarışdıqda onun tərkibində ciddi dəyişiklik olur. Bununla da orqanizmdə xərçəng hüceyrələri aktivləşir. Hətta balı isti suda həll edib içdikdə tərkibinin toksikləşdiyi bildirilir.
Bu iddia nə dərəcədə doğrudur?
Mövzunu Globalinfo.az-a şərh edən “Doktor Seyfəddin” klinikasının rəhbəri, təbii üsullarla müalicə mütəxəssisi Seyfəddin Əsəd bu fikirlərin əsassız olduğunu qeyd edib.
Seyfəddin Əsəd
Bildirib ki, isti və qaynar su fərqlidir:
“Məsələn, qaynar çay, su bütün hallarda insan orqanizmi üçün ziyandır. Azərbaycan ağız boşluğu, yemək borusu, mədə xərçənginə görə dünyada liderdir. Ona görə ki, çayı qaynar içirlər. Hələ bununla da fəxr edirlər. Balı isti çay içdikdə isə xəstəlik yaranmır. Deyilənlər boş bir fantaziyadır. Bal qəbul edənlər dünyanın ən sağlam adamlarıdır. Çünki bal infeksiyaya, virusa qarşı xeyirlidir. Şəxsən mən özüm hər gün bal yeyirəm. Balı isti su ilə qarışdırmağın heç bir təhlükəsi yoxdur, deyilənlər də yalandır. Çoxu bu gün reytinq xətrinə çıxıb ağlına gələni danışır. Bəziləri adının qarşısına “doktor” sözünü yazır, amma doktorluqdan xəbəri yoxdur”.