Havaların isinməsi ilə bölgələrdə, eləcə də Bakıda ilan sancma hallarına rast gəlinir.
Bəzi rayonlarda, xüsusilə də kəndlərdə ilan sancan şəxsin ölməsi ilə bağlı ara-sıra məlumatlar eşidirik.
Bu, tibbi yardımın vaxtında edilməməsi, ilan zəhəri əleyhinə zərdabın çatışmazlığı ilə bağlı ehtimalların irəli sürülməsinə səbəb olur.
Maraqlıdır ki, paytaxtda və bölgələrdə kifayət qədər zərdab var? Məsələ ilə bağlı TƏBİB-dən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, mövsümlə əlaqədar olaraq həşərat, əsasən də ilan sancmaları ilə bağlı müraciətlərin sayının artma ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki aidiyyəti üzrə bütün tibb müəssisələri (rayon mərkəzi xəstəxanaları, ilkin səhiyyə müəssisələri) tələbnaməyə uyğun olaraq zərdablarla təmin olunub:
"Tibb müəssisələrimizdə zərdablarla təminat lazımi səviyyədərir. Əhalini zəhərli həşəratlara qarşı ehtiyatlı olmağa çağırırıq".