Xərçəng xəstəliyinin 40 faizinin piylənmə ilə əlaqəli olduğu aşkar edildi


İsveçdə 4,1 milyon insanla aparılan araşdırmada xərçəngə tutulanların 40 faizinin artıq çəki ilə əlaqəli olduğu müəyyən edilib.

Turkustan.az xəbər verir ki, İsveçdə 4,1 milyon insanla aparılan araşdırmada xərçəngə tutulanların 40 faizinin artıq çəki ilə əlaqəli olduğu müəyyən edilib.

İsveçin Malmö şəhərindəki Lund Universitetinin alimləri təxminən 40 il ərzində 4,1 milyon insanın məlumatlarını araşdırıblar.

Piylənmənin artan təhlükəsini göstərən yeni araşdırmada elm adamları artıq çəki ilə əlaqəli xərçənglərin sayının eksponent olaraq artdığını ortaya qoydular .

Araşdırmada 32 xərçəng növü piylənmə ilə əlaqəli olduğu halda , ən çox diqqət çəkənlər süd vəzi , bağırsaq , uşaqlıq və böyrək xərçəngi olub.

Araşdırmada elm adamları xərçəng hadisələrinin yüzdə 40-ının artıq çəki ilə əlaqəli olduğuna diqqət çəkdi .

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 1 milyarddan çox insan piylənmə ilə yaşayır və uşaq və yeniyetmələrdə piylənmə halları 1990-2022-ci illər arasında 4 dəfə artıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ