Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 84,52 dollara satılır.
Ötən gün 85,37 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 84,85 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 08,49-da bağlanış vaxtı ilə müqayisədə 0,38 faiz azalaraq 84,52 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 80,51 dollara satılıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Trampa qarşı sui-qəsd cəhdindən sonra digər valyutalar qarşısında dəyər qazanan ABŞ dolları neftin ucuzlaşmasında təsirli olub.
Tramp şənbə günü Pensilvaniyada keçirilən mitinqdə tribunadan tərəfdarlarına müraciət edərkən ona silahla hücum edilib. Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb. ABŞ Məxfi Xidməti mitinq sahəsinin kənarındakı yüksək yerdən kürsüyə qədər dəfələrlə atəş açan hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.
Güclü dolların xarici valyuta istifadəçiləri üçün nefti bahalaşdıraraq tələbi azaldacağı gözlənilir. ABŞ dollarının digər valyutalar qarşısında dəyərini ölçən ABŞ dolları indeksi 0,16 faiz artaraq 104,35-ə yüksəlib.
Bundan əlavə, dünyanın ən böyük neft ixracatçısı olan Çindən gələn zəif iqtisadi məlumatlar, ölkədə tələbin mənfi təsirlənəcəyi düşüncələrini qidalandıraraq qiymətlərin enişini dəstəklədi.
Bazar ertəsi açıqlanan məlumatlara görə, Çinin ikinci rübündə ümumi daxili məhsul keçən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq gözləntilərdən aşağı düşüb.
Ölkədə pərakəndə satışlar 2 faiz artaraq 2022-ci ilin dekabrından bəri ən yavaş artımı qeyd edib.
Digər tərəfdən, qlobal neft ehtiyatlarının böyük hissəsinin yerləşdiyi Yaxın Şərqdə davam edən münaqişələr qiymətlərin enməsini məhdudlaşdırıb.
Yəməndə İranın dəstəklədiyi husilər dünən Qırmızı dəniz və Aralıq dənizində "İsrail limanlarına giriş qadağasını pozduqları" səbəbiylə 3 gəmini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını açıqlayıb.
Qlobal dəniz ticarəti üçün kritik əhəmiyyət kəsb edən Qırmızı dənizdə davam edən münaqişələrin neft tədarükünə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar, bazar oyunçularının tədarüklə bağlı narahatlıqlarını artırdı və qiymətləri yuxarıya doğru dəstəklədi.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin açıqlamaları sayəsində bu il FED-in faizləri azaltmağa başlayacağına dair güclü gözləntilər də qiymətlərin enişini məhdudlaşdırıb.
Bildirilir ki, texniki olaraq Brent nefti üçün 85,34-85,83 dollar arası müqavimət, 84,39-83,93 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.
Eltac Zülfüqaroğlu/Turkustan.az