Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR?


Bakıda quzu əti kəskin bahalaşıb.

Turkustan.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli məlumat verib. O bildirib ki, noyabrın 21-də bazarlarda quzu ətinin bir kiloqramı 32 manat olub:

"Hər gün bazarlardan məlumat alıram. Satıcılar bunun səbəbini quzu ətinin kəsilməsinə qoyulan qadağa ilə əlaqələndirib. İndi quzu kəsimi ilə məşğul olanları yoxlayan orqanların sayı da artıb. Kimin hardasa bir cüzi vəzifəsi varsa, onlara irad tutur ki, quzu kəsmisən, bu da qanunla qadağadır. Onlar da məcbur olub ayrı yollara əl atırar”.

Vahid Məhərrəmli bu gün imkanlı adamların quzu ətinə üstünlük verdiyini vurğulayıb:

"Heyvan nə qədər cavandırsa, əti o qədər sağlamdır. Cavan heyvan xəstəliyə yoluxmur. Milli Məclisdə bununla bağlı təkliflər veriləndə biz onun əleyhinə çıxdıq, dedik ki, belə qanunlar qəbul etməyin”.

Xatırladaq ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ötən mövsümdə parlamentdə çıxışı zamanı heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsini təklif edib:

"Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi lazımdır. 7-8 kiloqramlıq quzuların, buzovların kütləvi kəsimi və satışı heyvandarlığın inkişafına maneədir. Bazarda ətin qiymətinin artmasına səbəb olur. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı”.


MANŞET XƏBƏRLƏRİ