Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclər Mərkəzi” İctimai Birliyi “Qərbi Azərbaycan Manifesti gəncliyin gözü ilə” adlı layihəsinin icrasına başlayır.
Layihənin kordinatoru, Gənclər Mərkəzi İctimai Birliyin sədri Kənan Qubadzadənin Turkustan.az-a verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və layihə Qəbələ, İsmayıllı və Xaçmaz rayonlarında həyata keçiriləcək.
Layihə çərçivəsində maarifləndirici tədbirlər təşkil olunacaq, Qərbi Azərbaycanla bağlı qədim mədəni irs abidələri və tarixi-hüquqi faktları, eyni zamanda Qərbi Azərbaycana Qayıdış Konsepsiyası, qədim coğrafi ərazilərinin əks olunduğu qısametrajlı sənədli film çəkiləcək, benefisiarlara bukletlər paylanılacaqdır.
Hazırda layihənin hazırlıq mərhələsidir. Bu mərhələdə Layihəyə cəlb olunacaq işçi heyəti ilə mövzu barəsində ətraflı mülahizə aparılacaq. Onlara görəcəyi işlər izah olunacaq və müqavilələr bağlanacaq. Sənədli filmin ssenarisi hazırlanacaq. Paylanma materiallarında (bukletlər) nəşr olunacaq məlumatlar toplanacaq və.s.
Layihənin əsas məqsədi maarifləndirici tədbirlər, paylanma materialları və sənədli filmin sosial platformalarda yayılması ilə Qərbi Azərbaycan haqqında olan tarixi həqiqətləri gənclərə və dünya ictimaiyyətinə çatdırmaqdır.