Tofiq Zülfüqarov başına iş açdı - “Məzhəkəçi kütlə” nazirə söz atdı


"Rusiya Zəngəzur dəhlizinin əleyhinədir".

Turkustan.az xəbər verir ki, bunu "Facebook" hesabında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.

O, sözlərini kinayəli atmaca ilə tamamlayıb: "Məzhəkəçi" kütlə isə iiddia edirdi ki, bu, Rusiya layihəsidir..."

Sabiq nazirin sosial şəbəkə statusu xeyli müzakirə doğurub. İstifadəçilər ona eyni dərəcədə kinayəli atmacalarla xatırladıb ki, kommunikasiyaların açılması təşəbbüsü 9 noyabr 2020-ci il tarixli atışkəs bəyanatında əks olunub və dəhlizin açlmasına uzun illər məhz Rusiya israr edib.

Xatırladaq ki, ABŞ-nin Zəngəzur dəhlizini 100 illik müddətə icarəyə götürmə təklifinin açıqlanmasəndan sonra dəhliz mövzusdu gündəmi tam zəbt edib. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ