Nizami Məmmədov Tağısoy
professor, ədəbitşünas-tənqidçi, türkoloq
Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həbib Bayram oğlu Babayev Azərbaycan tənqidi-estetik fikir tarixinə XX əsr rus ədəbiyyatı üzrə tanınmış mütəxəssis, rus-Azərbaycan ədəbi əlaqələri probleminin yorulmaz tədqiqatçısı. Onun əsası tədqiqatları nəticəsində araya-ərsəyə gətirdiyi kimi daxil olunmuşdur. “V.Mayakovski Azərbaycanda” (Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1960 - rus dilində), “Dərin köklər” (Rus-Azərbaycan ədəbi əlaqələri haqqında – Bakı, Qosizdat, 1981 - rus dilində); “Şair və Zaman (Səməd Vurğun və onun sovet ədəbiyyatında yeri. - Bakı, Azərbaycan Elmlər Akademiyasının nəşriyyatı. SSR, 1966 – rus dilində); “Azərbaycan ədəbiyyatının beynələniləl əlaqələri” (Bakı, “Elm”, 1978 - rus və Azərbaycan dillərində); “Dostluq telləri” (Bakı, “Yazıçı”, 1981 - rus dilində), “Səməd Vurğun” (Moskva, “Yazıçı”, 1981 – rus dilində) və başqa bu kimi əsərləri nəinki Azərbaycan, rus, keçmiş SSRİ xalqları ədəbiyyatları mütəxəssisləri, həm də Avropa tədqiqatçıları tərəfindən rəğbətlə qarşılanırdı. Rus və Azərbaycan yazıçılarının yaradıcılıq problemlərinə, xüsusən də inqilabçı demokratların əsərləri, D.Bednı, A.P.Çexov, N.Q.Çernışevski “Kor-oğlu” Azərbaycan dastanı və Azərbaycan mədəniyyəti haqqında, rus-Azərbaycan ədəbi-mədəni əlaqələrinə və ənənələrinə dair çoxsaylı məqalə və materialları bir qayda olaraq, ədəbi ictimaiyyətin, böyük marağına səbəb olmuşdur. Həbib Babayevin M.V.Lermontovun yaradıcılığı Azərbaycan ədəbi ictimaiyyətin qiymətləndirilməsində İ.S.Qertsenin Azərbaycan mədəniyyəti ilə bağlılığın əks etdirən məqalələri Dekabristlərə, M.Şoloxovun yaradıcılığının Azərbaycanda inkişafını əks etdirən və b. bu kimi əsərləri ilə yanaşı, həm də Azərbaycan müəlliflərinin yaradıcılığına dair çoxsaylı məqalə və tədqiqatları – C.Cabarlı, M.F.Axundzadə, S.Vurğun, tanınmış Azərbaycan alimləri M.Arif, P. Xəlilov; Orta Asiya və Qazaxıstan xalqlarının qəhrəmanlıq eposunun problemlərinə dair tədqiqatları, sadalananlarla yanaşı, prof. H.B.Babayevin qələmə aldıqları mövzu və problemli afika baxımdan çeşidli əsərləri həm də mahiyyət baxımından ədəbi-tənqidi xarakterli səciyyəyə malikdir. Elmi fəaliyyəti boyu o, XX əsr rus ədəbiyyatının çoxsaylı aspektlərini tədqiq edən rus alimləri ilə mütəmadi olaraq sıx yaradıcılıq əlaqələri saxlamış tədqiqatçılardan idi. (Prof. H.B.Babayevin məzmun və mündəricə baxımından rəngarəng olan əsərləri Moskvada, Almatıda, Tbilisidə, Frunzedə, İrəvanda, Kişinyovda, Berlində, Kaluqada, Arxangelskdə və digər ədəbiyyat və mədəniyyət mərkəzlərində olaraq çap olunurdu. Prof. H.B.Babayevin bir qayda olaraq özündə bu və ya digər problemlərin hermenevtikasını əks etdirən məqalələri keçmiş SSRİ-nin nüfuzlu “Zvezda”, “Dostluq xalqları” (“Drujba narodov”), “Zvezda”, “Voprosı literaturu”, “Literaturnı Azerbaydjan”ı kimi ədəbi-tənqidi jurnallarda və digər ədəbi-elmi nəşrlərdə işıq üzü görürdü. Qeyd olunanlarla yanaşı, H.Babayevin yazıları “Ədəbiyyat qəzeti”, “Kommunist”, “Azərbaycan gəncləri”, “Bakinski raboçiy”, “Ədəbiyyat və incəsənət” kimi dövri mətbu orqanlarında, “Sovet Ermenistanı”, “Severnaya pravda” (Arxangelsk) və s. dərc olunurdu.
Prof. H.Babayev rus yazıçılarının əsərlərinin Azərbaycanda təbliği, tərcüməsi və yayılmasına da olduqca böyük diqqət yetirmiş, xüsusilə Puşkinin S.Vurğun, M.Lermontovun M.Rahim tərəfindən əsərlərinin ilə bağlı araşdırmalar aparmışdır. L.Tolstoyun Ə.Məmmədxanlı, V.Mayakovskinin A.Fövzi, O.Sarıvəlli, A.Tələt, R. Rza, M.Rəfili, S.Rüstəm və b. ilə bağlı əsərlərə bir qayda olaraq ədəbi ictimayyətin nəzər diqqətini cəlb edirdi. Professor Həbib Babayev elmi axtarışlarla paralel olaraq pedaqoji fəaliyyətə də geniş ayırırdı. Onun ardıcıl olaraq “Rus-Azərbaycan ədəbi əlaqələrinin aktual problemləri” ilə bağlı tələbələrə oxuduğu müharizələri öz konseptuallığına görə və dərin nəzəri metodoloji məsələləri çevrələmək baxımdan tələbə, aspirant, dissertant və doktorantları daha çox maraqlandırırdı.
Professor Həbib Babayev əsil millət təəssübkeşi və elm fədaisi idi. Onun rəhbərliyi altında xeyli sayda gənc alimlər yetişdirilmişdir ki, onlar nağışda Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarında öz bilik və bacarıqlarını gəncərimizə böyük məsuliyyətlə mənim sətməkdə böyük həvəslə çalışmaqdaddırlar.
Prof. Həbib Babayevin həm müasir dövrdə, həm də gələcəkdə xatirəsi Azərbaycanda rus ədəbiyyatı və ədib əlaqələrin çeşidli problemlərinin tədqiqi sahəsində elmi, pedaqoji və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirənlərin qəlbində daim qalacaqdır.